UEFA Millətlər Liqasının D liqasında Azərbaycan - Lixtenşteyn qarşılaşması start götürüb.
Moderator.az xəbər verir ki, görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
19:06
UEFA Millətlər Liqasının D liqasında Bakıda qarşılaşacaq Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb.
Moderator.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
Azərbaycan: Emil Balayev, Toral Bayramov, Rəhim Sadıxov, Elvin Bədəlov, Emin Mahmudov, Tellur Mütəllimov, Vüsal İsgəndərli, Abdulla Xaybulayev, Mahir Emreli, Musa Qurbanlı, Anton Krivotsyuk;
Baş məşqçi: Ayxan Abbasov;
Lixtenşteyn: Benyamin Büxel, Maksimilian Qöppel, Lars Traber, Aaron Zelye, Kenni Kindl, Alessio Hasler, Nikolas Hasler, Yens Hofer, Lorenso Lo Russo, Yonas Vaysenhofer, Marsel Büxel;
Baş məşqçi: Konrad Fünfştük.
08:00
Azərbaycan milli komandası UEFA Millətlər Liqasında bu mövsüm növbəti oyununa çıxacaq.
Moderator.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi yığma Lixtenşteyn millisini qəbul edəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
UEFA Millətlər Liqası
1 oktyabr
D Liqası, II qrup
20:00. Azərbaycan - Lixtenşteyn.
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl UEFA Millətlər Liqasında Litva səfərindən bir xalla qayıtmışdı. Hazırda Azərbaycan millisi D liqasının II qrupunda 1 xalla ikinci yerdə qərarlaşıb.