Taekvondo üzrə gənclərdən ibarət Azərbaycan millisi Albaniyanın paytaxtı Tirana şəhərində keçiriləcək “Albania Open” beynəlxalq turnirində mübarizə aparacaq.
 




Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyası məlumat yayıb.
 
Azərbaycanı yarışda 4 idmançı təmsil edəcək.
 
Bunlar Zəhra İsayeva (44 kiloqram), Gülnar Rəsulzadə (52 kiloqram), Novruz Əliyev (55 kiloqram) və Adil Kazımlıdır (73 kiloqram).
 
Qeyd edək ki, komanda mübarizəyə oktyabrın 3-də qoşulacaq.