Yəmənin üsyançı Ənsarullah hərəkatı (husilər) Səudiyyə Ərəbistanının Xamis-Muşayt şəhərini raket atəşinə tutub.


Moderator.az xəbər verir ki, bu barədə Səudiyyə mediası məlumat yayıb.






"Koalisiya husilər tərəfindən Xamis-Muşayt istiqamətində atılmış üç ballistik raketi zərərsizləşdirib", - məlumatda qeyd olunub.


Yaralılar və ya dağıntılar barədə məlumat verilməyib.