Avropa ölkələrində qarşıdan gələn ağır payız-qış mövsümü ərəfəsində yeraltı qaz anbarlarının (YQA) doluluq səviyyəsi üzrə antirekord göstəricilər qeydə alınır.


 






“TASS” xəbər verir ki, bunu “Qazprom”un rəhbəri Aleksey Miller bildirib.


 


“Avropa İttifaqı ölkələri ağır payız-qış mövsümü ərəfəsində qaz sahəsində tarixi antirekordlar nümayiş etdirir”, - Aleksey Miller qeyd edib..


 


“Qazprom”un məlumatına görə, Avropanın YQA-larında qaz ehtiyatlarının səviyyəsi əvvəlki əlamətdar minimum göstəricilərdən aşağı olaraq qalır. Oktyabrın 1-nə Avropadakı qaz anbarlarının doluluq səviyyəsi 72% təşkil edib, onlarda aktiv qazın həcmi isə ötən ilin eyni tarixinə nisbətən 11,3 mlrd. kubmetr az olub.