Bu gün “Turan Tovuz”la Türkiyənin “Fənərbaxça” komandaları arasında  yoldaşlıq oyunu keçiriləcək.


Moderator.az xəbər verir ki, qarşılaşma Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.






Matç saat 20:00-da başlayacaq. Oyunda milli komandalara dəvət alan futbolçular iştirak etməyəcəklər.


Xatırladaq ki, “Turan”la “Fənərbaxça” ilk dəfə 1994-cü ildə o vaxt UEFA kuboku adlanan yarışda üz-üzə gəliblər. İstanbuldakı ilk matç 5:0, Sumqayıtdakı cavab oyunu isə 2:0 hesabı ilə Türkiyə təmsilçisinin xeyrinə başa çatıb.


3 oktyabr


20:00. “Turan Tovuz” (Azərbaycan) – “Fənərbaxça” (Türkiyə)


Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.


***


Matç başladı.


***


İlk hissə bitdi.


***


İkinci hissə başladı.


***


 “Fənərbaxça” hesabda önə keçdi. Nqolo Kante 59-cu dəqiqədə hesabı açdı. 


***


Çağrı Balta 74-cü dəqiqədə “Fənərbaxça”nın ikinci qolunu vurur.