Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti qarşılaşmaları keçiriləcək.


Moderator.az xəbər verir ki, bu oyun günündə 8 matç baş tutacaq.






A Liqasının II qrupunda Yunanıstan Almaniyanı qəbul edəcək, Niderland isə Serbiya ilə qarşılaşacaq. A Liqasının IV qrupunda Portuqaliya Norveçlə, Uels isə Danimarka ilə üz-üzə gələcək.


B Liqasının III qrupunda Kosovo Avstriyanı qəbul edəcək, İrlandiya isə İsraillə qarşılaşacaq.


D Liqasının I qrupunda Malta - Andorra, II qrupunda isə Azərbaycan - Litvanı görüşləri baş tutacaq.


UEFA Millətlər Liqası


4 oktyabr


A Liqası, II qrup


22:45. Yunanıstan - Almaniya;


22:45. Niderland - Serbiya.


A Liqası, IV qrup


22:45. Portuqaliya - Norveç;


22:45. Uels - Danimarka.


B Liqası, III qrup


20:00. Kosovo - Avstriya;


22:45. İrlandiya - İsrail.


D Liqası, I qrup


20:00. Malta - Andorra.


D Liqası, II qrup


17:00. Azərbaycan - Litva.