Azərbaycanlı FİFA referisi Elçin Məsiyev UEFA-dan növbəti təyinat alıb.
 




Moderator.az xəbər verir ki, o, Millətlər Liqasının 5-ci turunda Rumıniya - İsveç qarşılaşmasını idarə edəcək.
 
Oktyabrın 5-də Buxarestdə keçiriləcək oyunda Məsiyevə yan xətlərdə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək.
 
Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.
 
Sabah keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.