Cüdo üzrə dünya çempionatı: Əhməd Yusifov ikinci qələbəsini qazandı - YENİLƏNİB
04 Oct 2026, 14:32 27 baxış 1 dəq oxuma
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatında ikinci qələbəsini qazanıb.
Moderator.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 final mərhələsində Hindistan təmsilçisi Harş Sinhi məğlub edib.
Əhməd Yusifov 1/4 finalda rusiyalı Ayub Bliyevlə qarşılaşacaq.
13:13
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatında 1/8 finala yüksəlib.
Moderator.az xəbər verir ki, 60 kq çəki dərəcəsində yarışan idmançı 1/16 finalda monqolustanlı Tumenjarqal Tuvşinturu məğlub edib.
Qeyd edək ki, oktyabrın 11-nə qədər davam edəcək yarışda 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparacaq. Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edəcək. Yığmamız həmçinin oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında çıxış edəcək.