Azərbaycan cüdoçusu Əhməd Yusifov Milli Gimnastika Arenasında keçirilən dünya çempionatında finala vəsiqə qazanıb.




 
Moderator.az xəbər verir ki, 60 kq çəkidə mübarizə aparan milli üzvü yarımfinalda Çin Taypeyindən olan Yanq Yunq Veyi məğlub edib.
 
Ə. Yusifov bu gün finalda Şerzod Davlatovla (Qazaxıstan) qarşılaşacaq.
 
15:14
 

Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatında növbəti qələbəsini qazanaraq yarımfinala vəsiqə əldə edib.
 
Moderator.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 final mərhələsində rusiyalı Ayub Bliyevi məğlub edib.
 
Əhməd Yusifov yarımfinalda Çin təmsilçisi Yunq Vey Yanqla qarşılaşacaq.
 
14:32
 

Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatında ikinci qələbəsini qazanıb.
 
Moderator.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 final mərhələsində Hindistan təmsilçisi Harş Sinhi məğlub edib.
 
Əhməd Yusifov 1/4 finalda rusiyalı Ayub Bliyevlə qarşılaşacaq.
 
13:13
 

Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatında 1/8 finala yüksəlib.
 
Moderator.az xəbər verir ki, 60 kq çəki dərəcəsində yarışan idmançı 1/16 finalda monqolustanlı Tumenjarqal Tuvşinturu məğlub edib.
 
Qeyd edək ki, oktyabrın 11-nə qədər davam edəcək yarışda 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparacaq. Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edəcək. Yığmamız həmçinin oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında çıxış edəcək.