Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 oktyabr 2026-cı il tarixində Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının VIII Qurultauındakı çıxışı yalnız ölkəmizdə deyil, bütün dünyada böyük əks-sədaya səbəb olub. Müzəffər Ali Baş Komnandan məlum çıxışında müstəqil Azərbaycanın tarixi inkişaf yoluna diqqət çəkməklə yanaşı, mövcud reallıqlar və gələcək inkişaf istiqamətləri ilə bağlı da maraqlı fikirlər səsləndirib, anti-Azərbaycan qüvvələrinə ciddi mesajlar verib.
Prezidentin çıxşında diqqət çəkən məqamlardan biri müasir ideoloji işin aparılması zəruriliyi ilə bağlı olub. Azərbaycan həqiqətlərinin hər bir vətəndaş tərəfindən aydın şəkildə dərk edilməsi, anti-Azərbaycan qüvvələrinin yalan və təxribatlarına qarşı effektiv mübarizənin təşkili, gənc nəslin vətənpərvərlik və milli-mənəvi dəyərlərə bağlı şəkildə yetişdirilməsi baxımından ideoloji işin mühüm əhəmiyyət kəsb etdiyini bildirən dövlət başçısı, bu məsələdə hər hansı mübağiləyə ehtiyac olmadığını bildirib. Dövlət başçısı qeyd edib ki, bu kimi məsələlərdə Azərbaycana əfsanə yaratmaq lazım deyil. Mövcud və tarixi reallıqların olduğu kimi təbliği gənc nəslin düzgün idologiya əsasında yetişməsi, onların milli-mənəvi ruhda tərbiyəsi və Azərbaycanın maraqlarının müdafiəsinə daim hazır olmaları təmin etmək baxımından kifayətdir:
“Bu gün Azərbaycanda elə genişmiqyaslı quruculuq işləri aparılır ki, bilmirəm hansı ölkədə buna bənzər quruculuq işləri var. Mən təkcə Qarabağı, Şərqi Zəngəzuru nəzərdə tutmuram, halbuki orada da misli görünməmiş inkişaf var, hər bir bölgədə. Ona görə ideoloji işin düzgün qurulması, şablonlardan əl çəkmək, hansısa formal xarakter daşıyan tədbirlərdən əl çəkmək vaxtı gəlib çatıb. Yəni yeni, müasir ideoloji işlər aparılmalıdır. Bizim üstünlüyümüz ondan ibarətdir ki, bəzi ölkələrdən fərqli olaraq bizə əfsanə yaratmaq lazım deyil. Bəzi ölkələrdə bəzi rəhbərlər həm keçmişdə olan bəzi nailiyyətləri öz adlarına çıxarmaq istəyirlər, yaxud da ki, tarixi təhrif edərək öz rollarını şişirtmək istəyirlər, bizə bu lazım deyil. Bizə lazımdır ki, həqiqətlər hər bir vətəndaşa çatsın - bu gün çox şaxələnmiş informasiya mənbələri olan bir zamanda, o cümlədən Azərbaycan dilində”.
Sitatdan da məlum olduğu kimi, dövlət başçısı Azəırbaycanın əfsanə yaratmağa ehtiyacı olmadığını bildirib. Çünki Azərbaycanın reallığı istənilən əfsanədən daha əzəmətli, daha möhtəşəmdir. Çünki Azərbaycanın reallığı qarşısında ən heyrətamiz əfsanə də sönük qalacaq. Çünki Azərbaycan öz reallığı ilə elə bir əfsanə yaradıb ki, bundan sonra əfsanə yaratmaq istəyən hər bir dövlət, hər bir xalq dövlətimizin və xalqımızın reallıqlarından bəhrələnməyə, öz əfsanələrini bu reallığa bənzətməyə çalışacaq.
Həqiqətən də, yaxın tarixə nəzər salanda Azərbaycanın bu dünyada başqa heç bir xalqa nəsib olmayacaq qədər böyük uğurlar, bənzərsiz zəfərlər əlsə etdiyinə şahid olmaq mmükündür. Bu zəfərlərdən ən möhtəşəi isə heç şübhəsiz 8 Noyabr zəfəridir. Azərbaycanın ərazi bütövlüyünün və milli qürurunun bərpası ilə nəticələnən bu səfər, erməni faşizmini darmadağın etməklə regional sülhə də böyük töhfə vermiş oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə edilən bu tarixi zəfərin nəticəsindən bütün sülhpərvər bəşəriyyət faydalandı ki, bu da qələbəmiz kimi, onun nəticəsinin də sərhəd tanımadığını, ümumbəşəri maraqlara xidmət etdiyini göstərir.
Qeyd edək ki, 8 Noyabr zəfərinin önəmini artıran yeganə amil Azərbaycanın Ermənistan Silahlı Qüvvələrini cəmi 44 gün ərzində daramdağın etməsi deyil. Bu zəfərin əzəmətini artıran ən mühüm amil Azərbaycanın 44 günlük Vətən müharibəsində sadəcə Ermənistanı deyil, onu himayə edən, onun arxasında dayanan bütün böyük dövlətləri məğlub etməsi gerçəyidir. Azərbaycan 2020-ci ilin 10 noyabrdında Ermənistanı kapitulyasiyaya vadar etməklə isbatladı ki, o, istənilən situasiya və qüvvələr nisbətində öz ərazi bütövlüyünü, suverenliyini və təhlükəsizliyini qorumağa qadirdir.
Azərbaycanın post-müharibə dönəmində əldə etdiyi ən böyük uğurlardan biri isə heç şübhəsiz işğaldan azad edilən əraziləri mina və digər sursatlardan təmizləməsi, buna paralel şəkildə həmin torpaqlarda həyatı dirçəltməsidir. İşğaldan azad edilən ərazilərdə bütöv şəhər və kəndlərin, sosial infrastrukturun qısa müddətdə yenidən bərpası, on minlərlə məcburi köçkünün doğma ata-baba yurduna qayıdışının təmin edilməsi, ekologiyanın yaxşılaşması, təbiətin qorunması istiqamətində mühüm layihələrin icrası, çoxsaylı SES-lərin tikintisi və s. Azərbaycanın iqtisadi gücünün sərhəd tanımadığını göstərir.
Azərbaycan iqtisadi inkşaf, bərpa və quruculuq məsələsində də istənilən əfsanədən daha təsirli real nümunələr ortaya qoydu. Elə nümunələr ki, Azərbaycanın bu uğurları Ermənistanın bir sıra media nümayəndələri, ictimai-siyasi təmsilçiləri tərəfindən də etiraf olunmaqdadır.
Üçüncüsü, Azərbaycan Fransa, Rusiya kimi böyük dövlətlərlə gərginlik fonunda elə bir cəsarətli və ləyaqətli davranış ortaya qoydu ki, bu davranış əsl böyüklüyün əhali sayı və ərazi ölçüsü ilə deyil, iradə azadlığı, mübarizə əzmi, müdriklik və cəsurluqla ölçündüyün sübut etdi. İlham Əliyevin istər müharibə, istərsə də post-müharibə dövründəki fəaliyyəti göstərdi ki, Azərbaycan sözün bütün mənalarında azad və müstəqildir. Onu heç nə ilə qorxutmaq, geri çəkilməyə məcbur etmək, ona nəyisə diktə etmək mümkün deyil.
Bu mənada Prezident İlham Əliyevin YAP-ın VIII qurultayında səsləndirdiyi “bizə əfsanə yaratmaq lazım deyil” ifadəsi son dərəcə dəqiq olmaqla yanaşı, həm də böyük, tarixi və inkareilməz bir həqiqəti əks etdirir. Bizim – hər bir azərbaycanlının missiyası bu həqiqəti dərk və təbliğ etmək, bundan sonra da reallığı əfsanədən əzəmətli olan Azərbaycanın maraqlarının bütün cəbhələrdə qətiyyətlə müdafiəsini təmin etməkdir.
Seymur ƏLİYEV