Azərbaycan və Litva milli komandaları arasında UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunda keçirilən oyunda hesab açılıb.
Moderator.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Abdulla Xaybullayev 25-ci dəqiqədə hesabı açıb - 1:0.
17:00
UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunda Azərbaycan və Litva milli komandaları arasında keçirilən oyun start götürüb.
Moderator.az xəbər verir ki, Bakıdakı "Palms Sports Arena"da baş tutan qarşılaşma saat 17:00-da başlayıb.
16:32
Azərbaycan və Litva milli komandalarının UEFA Millətlər Liqası çərçivəsində keçiriləcək oyunda start heyətləri açıqlanıb.
Moderator.az xəbər verir ki, komandalar matça aşağıdakı "11-lik"lərlə çıxacaqlar.
Azərbaycan: Emil Balayev, Rəhman Daşdəmirov, Rüfət Abbasov, Rahil Məmmədov, Bədavi Hüseynov, Tellur Mütəllimov, Abdulla Xaybulayev, Aleksey İsayev, Toral Bayramov, Oruc Məmmədov, Mahir Emreli.
Baş məşqçi: Ayxan Abbasov.
Litva: Tomas Şvedkauskas, Edqaras Utkus, Modestas Vorobyovas, Artur Doljnikov, Armandas Kuçis, Yustas Lasikas, Vikintas Slivka, Qvidas Gineitis, Vilius Armalas, Rokas Lekiatas, Adrian Lickunas.
Baş məşqçi: Edqaras Yankauskas.
08:00
Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununa çıxacaq.
Moderator.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi yığma Litva millisini qəbul edəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da "Palms Sports Arena"da keçiriləcək.
Qeyd edək ki, tərəflər arasındakı ilk qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
UEFA Millətlər Liqası
4 oktyabr
D Liqası, II qrup
17:00. Azərbaycan - Litva.