UEFA Millətlər Liqasının növbəti mərhələsində Azərbaycan yığması Litvanı qəbul edib.



Moderator.az xəbər verir ki, görüş meydan sahiblərinin minimalhesablı qələbəsi ilə başa çatıb -1:0.






26-cı dəqiqədə matçın yeganə qolunu Abdulla Xaybullayev vurub.


Bu, millinin Millətlər Liqasında ilk qələbəsi olub.


Qeyd edək ki, Azərbaycan yığması qrupda Litva ilə səfərdə 1:1, Lixtenşteynlə evdə 0:0 hesablı heç-heçə edib. Litva isə Lixtenşteyni 2:0 məğlub edib.


***


18:05


Azərbaycan - Litva matçında ikinci hissə başladı.


***


17:45


Azərbaycan - Litva matçında ilk hissə başa çatdı.


Moderator.az xəbər verir ki, Azərbaycan fasiləyə 1:0 üstün yollanıb.


***


17:26


Azərbaycan - Litva matçında hesab açılıb.



Moderator.az xəbər verir ki, 26-cı dəqiqədə Azərbaycan millisinin üzvü Abdulla Xaybullayev hesabı 1:0 edib.


***


17:00


UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunda Azərbaycan millisi Litva ilə qarşılaşır.


Moderator.az xəbər verir ki, 8-ci km stadionunda keçirilən görüşə start verilib.


Matçı Portuqaliyadan olan baş hakim Qustavo Korreya idarə edir.


Qeyd edək ki, Azərbaycan yığması qrupda Litva ilə səfərdə 1:1, Lixtenşteynlə evdə 0:0 hesablı heç-heçə edib. Litva isə Lixtenşteyni 2:0 məğlub edib.


Hazırda Litva 3 xalla qrupda lider, Azərbaycan isə 2 xalla ikinci pillədədir.