Ədalət partiyasının qərərgahında Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə müəllimlərlə yanaşı bir sıra siyasi və ictimai şəxslər də iştirak ediblər.
 




Moderator.az xəbər verir ki, partiyanın sədri Mütəllim Rəhimli tədbir iştirakçılarını salamlayaraq cəmiyyətimizin inkişafında və strukturunun qorunub saxlanılmasında müəllimlərin əməyinin böyük olduğunu qeyd edib. M.Rəhimli cəmiyyətdə əvvəllər və indi müəllim adına və şəxsinə edilən hörmətdən danışıb. Nəsillər arasında bu hörmətin və diqqətin kəskin fərqlənməsinə diqqət çəkərək müəllimin nüfuzunun yüksəldilməsinə ehtiyac olduğunu bildirib.
 
Fərqli yaş katiqoriyasının nümayəndələri özünəməxsus tərzdə Azərbaycan müəllimini bu özəl gün münasibəti ilə təbrik edərək, dərin hörmətlərini ifadə ediblər.
 
Orta məktəb şagirdlərinin gözoxşayan rəqs nömrələri və tələbələrin müəllim haqqında səsləndirdikləri şeirlər isə tədbiri daha da yaddaqalan və maraqlı edib.
 
Tədbir iştirakçıları və səbəbkarları bir ailə kimi çay süfrəsi ətrafında əyləşərək maraqlı söhbətləri ilə məclisi davam etdiriblər.