Azərbaycana 6 kq-dan artıq narkotik vasitənin keçirilməsinin qarşısı alındı - FOTO
05 Oct 2026, 14:22 30 baxış 1 dəq oxuma
Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.
Bu barədə Moderator.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
DSX-nin Sərhəd Qoşunları Komandanlığının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sentyabr ayının 30-da ümumi çəkisi 6 kiloqram 205 qram narkotik vasitə, oktyabr ayının 2-də isə "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində 1160 ədəd psixotrop tərkibli Pregabalin - 150 həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.