“Yüz minlərlə insanın ölümünə səbəb olan Rusiya-Ukrayna müharibənin davam etməsi hər iki xalq üçün faciədir”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib. Ekspert qeyd edib ki, müharibənin bir neçə ildir ki, davam etməsi hər iki dövləti böyük itkilərlə üz-üzə qoyub:
“Artıq bir neçə ildir ki, iki dövlət arasında davam edən müharibə onların hər birini ağır məhrumiyyətlərlə üz-üzə qoyub. Hər iki dövlət ağır iqtisadi itkilərlə yanşı, həm də ciddi insan itkiləri üz-üzə qalıblar. Bu, olduqca böyük, dəhşətli bir faciədir. Bundan daha pisi isə odur ki, müharibə hələ də davam edir. Bu isə yeni itkilər, yeni fəlakətlər deməkdir.
Bu gün Rusiya Ukrayna ərazisində irəliləməkdə davam edir. Doğrudur, əvvəlki dönəmlə müqayisə bu irliləyiş kifayət qədər yavaşdır. Amma bununla yanaşı, rus ordusu tədricən də olsa irəliləyir. Ukrayna isə nəyin bahasına olursa-olsun bu işğalı dayandırmağa çalışır. İnsan resursu çatışmazlığı Ukrayna cəbhəsində daha çox hiss olunur.
Proseslər bu şəkildə davam edərsə, biz yaxın gələcəkdə daha qorxunc və acınacaqlı mənzərənin şahidi olacağıq”.
Seymur ƏLİYEV