Ukraynadan İtaliyaya taxıl daşıyan Türkiyə bayraqlı "Royal Məmmədov" yük gəmisinin PUA hücumuna məruz qalması nəticəsində həlak olan digər azərbaycanlı dənizçinin də kimliyi müəyyənləşib.


Moderator.az Oxu.Az-a istinadən xəbər verir ki, həlak olan digər dənizçi Məhəmməd adlı şəxsdir.






Onun fotosunu təqdim edirik:




Ukraynadan İtaliyaya taxıl daşıyan Türkiyə bayraqlı "Royal Məmmədov" yük gəmisinin Rumıniya sahillərindən təxminən 20 dəniz mili məsafədə PUA hücumuna məruz qalması ilə bağlı yeni detallar məlum olub.


Moderator.az "BakuPost"a istinadən xəbər verir ki, gəminin heyəti ümumilikdə 13 nəfərdən ibarət olub. Onlardan 11-i Azərbaycan, 2-si isə Hindistan vətəndaşıdır.


Məlumata görə, gəmiyə iki PUA ilə hücum edilib. Dronlardan biri gəminin kapitan körpüsünə - idarəetmə məntəqəsinə, digəri isə mətbəx hissəsinə zərbə endirib.


Hücum nəticəsində gəminin kapitanı və aşpazı həlak olub. Kapitanın adının Rüstəm olduğu bildirilir.


Onun meyitini gəmidən çıxarmaq mümkün olsa da, Masallı sakini olan aşpazın meyiti zərbə alan və daha sonra batan gəmidə qalıb.


Hadisə zamanı xəsarət alan heyət üzvlərindən 8-i hazırda xəstəxanada müalicə olunur. Digər heyət üzvləri isə ilkin tibbi müayinədən sonra xəstəxanadan buraxılıblar.



15:55
Qara dənizdə, Rumıniyanın ərazi sularından kənarda üzən "Royad Mammadov" gəmisinə dron hücumu olub. Nəticədə gəmidə güclü yanğın baş verib. Hadisə zamanı kapitan xəsarət alıb, heyətin 13 üzvü isə itkin düşmüş hesab olunur.
 
Bu barədə Rumıniya Dəniz İdarəsi rəsmi açıqlama yayıb.
 
Hazırda ölkəyə məxsus gəmilər tərəfindən ərazidə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.
 
Məlumata görə, Sent-Kits və Nevis Federasiyasının bayrağı altında üzən və taxıl məhsulları daşıyan gəmi Ukraynanın İzmail limanından yola düşərək İtaliyanın Ravenna şəhəri istiqamətində hərəkət edirmiş.
 
Qeyd edək ki, 2022-ci ildə gəmiyə 44 günlük Vətən müharibəsi şəhidi Röyad Məmmədovun adı verilib.
 
O, 2000-ci il oktyabrın 25-də Azərbaycanın Masallı rayonunun Mahmudavar kəndində anadan olub. Mahmudavar kənd orta məktəbini bitirdikdən sonra Qərbi Kaspi Universitetinə daxil olub.
 
O, İkinci Qarabağ müharibəsində iştirak edib. 2020-ci il noyabrın 8-də Laçın və Şuşanı birləşdirən strateji yol uğrunda gedən şiddətli döyüşlər zamanı şəhid olub. O, doğma Mahmudavar kəndində dəfn edilib. /oxu.az/