Rusiya ordusu Ukraynada son sutka ərzində daha 2 020 hərbçisini itirib.
 




Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, 2022-ci il fevralın 24-dən etibarən Rusiya ordusunun ümumi canlı qüvvə itkisi təxminən 1 milyon 542 min 720 nəfərə çatıb.
 
Son sutka ərzində Rusiya tərəfinin hərbi texnika itkiləri də qeydə alınıb. Belə ki, daha 2 tank, 4 zirehli döyüş maşını, 47 artilleriya sistemi, 3 reaktiv yaylım atəş sistemi, 2 hava hücumundan müdafiə vasitəsi və 22 yerüstü robot kompleksi sıradan çıxarılıb.
 
Bundan başqa, Rusiya ordusu bir sutkada 1 855 operativ-taktiki PUA və 727 avtomobil və yanacaqdaşıyan texnika itirib.
 
Ukrayna Baş Qərargahının 5 oktyabr tarixinə açıqladığı ümumi göstəricilər belədir:
 
Tanklar – 12 min 393
 
Zirehli döyüş maşınları – 25 min  487
 
Artilleriya sistemləri – 50 min  733
 
Reaktiv yaylım atəş sistemləri – 2 min 182
 
Hava hücumundan müdafiə vasitələri – 1 688
 
Təyyarələr – 443
 
Helikopterlər – 356
 
Yerüstü robot kompleksləri – 2 859
 
Operativ-taktiki PUA-lar – 548 095
 
Qanadlı raketlər – 5 126
 
Gəmi və katerlər – 35
 
Sualtı qayıqlar – 2
 
Avtomobil və yanacaqdaşıyan texnika – 157 min  985
 
Xüsusi texnika – 4 min 793
 
Qeyd edək ki, Ukrayna tərəfinin açıqladığı itki rəqəmləri müharibə şəraitində aparılan hesablamalara əsaslanır və məlumatların dəqiqləşdirildiyi bildirilir.
 
Moderator.az onu da diqqətə çatdırır ki, Rusiya başlayandan bəri işğalçı ordunun Ukraynadakı canlı itkiləri sutkada adətən 800-1200 nəfər civarında olurduş
 
O da xatırladılır ki, prezident Zelenskinin də vurğuladığı bu günlərdə keçirilməkdə davam edən uğurlu "Vivaldi" əməliyyatı zamanı Ukrayna qoşunları təxminən 125-140 kvadrat kilometr ərazini Rusiya işğalından azad edib və düşmənə rekord itkilər verib.
 
S.Laçın