“Bu saat Rusiyada əhalinin yaşayış səviyyəsi SSRİ səviyyəsindən qat-qat üstündür. Maraqlı bir fakt: Rusiyada hazırda cinayətkarlar qalmayıb, V.Putin onların hamısını Ukrayna  cəbhəsinə döyüşməyə yollayıb, faktiki olaraq ölkə cinayətkar ünsürlərdən təmizlənib...”
 




Ukraynada bataqlığa düşmüş  işğalçı Rusiya lideri Vladimir Putin bir yandan Azərbaycandan keçəcək Şimal-Cənub dəhlizi üçün əlləşir,  digər yandan bir qrup erməni və rus alim, iqtisadçı hesab edilənlər isə Moskvada yığışıb Qara dəniz boyu Ermənistan və Gürcüstandan keçəcək dəmir yolu - “Putin yolu” salmaq istəyir.  Bəs görəsən, Rusiya hazırkı durumda belə planları, layihələri həyata keçirmək gücündədirmi?..

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi analitik Tahir Cəfərli aşağıdakı fikirləri ifadə edib: 
 
“Biz Rusiyaya Qərb ölkələrinin yaratdığı sterotipləərlə yanaşdığımızdan  belə təsəvvür yaranır ki, Rusiya Ukrayna bataqlığına düşüb və tezliklə dağılacaq. Guya onun heç bir imkanı yoxdur ki, bu ya digər geo-siyasi layihəni həyata keçirsin. Başqa bir həqiqət var və bu, reallıqdır. Rusiyanın Ukrayna ilə müharibə getməsinə şəraiti yaradan ABŞ olub və o, konkret geo-siyasi məqsədlər güdüb. Söhbət Birləşmiş Ştatların Rusiyanın deyil, Avropa İttifaqının dağıdılması üçün siyasət aparmasından gedir... 
 
Ukrayna ilə müharibə Rusiyanı yenidən qüdrətli hərbi sənaye kompleksinə(HSK) malik olmaq səviyyəsinə gətirib şıxardı və ölkədə ÜDM-i biir neçə dəfə artırdı. Bu saat Rusiyada əhalinin yaşayış səviyyəsi SSRİ səviyyəsindən qat-qat üstündür. Maraqlı bir fakt: Rusiyada hazırda cinayətkarlar qalmayıb, V.Putin onların hamısını Ukrayna  cəbhəsinə döyüşməyə yollayıb, faktiki olaraq ölkə cinayətkar ünsürlərdən təmizlənib. Rusiya bu saat elə HSK-yə malikdir ki, onun qabağında bir ölkə belə, dayana bilməz...
 
Bütün bunları nəzərə alaraq hesab edirəm ki, Azərbaycanın Şimal –Cənub dəhlizinə qoşulması məsələsi   tezliklə həll olunacaq. Yadınıza bu yaxınlarda, Azərbaycan Prezidentinin çıxışını salın. Dövlət rəhbərimiz Azərbaycanın bir ölkəyə belə borclu olmadığını, Azərbaycan ordusunun qələbəsi uğrunda bütün ölkələrdən silahı havayı almadığını qeyd etdi.  Anlamalıyıq ki, dövlət başçımız bununla atılıb-düşən bəzi ölkələrə və onların siyasətçilərinə göstərdi ki, o bundan sonra da yalnız Azərbaycanın dövlət marağından çıxış edəcək.
 
Şimal-Cənub dəhlizinə İranın da qoşulacağını göstərən bir amil kimi baş nazirinin müavini Şahin Müstafayevin İrana  rəsmi səfərini qeyd etməliyik...
 
Əlbəttə ki, sual yaranır: bəs ABŞ?..   
 
ABŞ İranın bu addımına mane olmayacaq, çünki Şimal-Cənub  dəhlizinin işləməsi dollarla həyata keçiriləcək.  Trampın dərdi-səri də elə budur ki, dollar dövriyyədən çıxmasın, digər tərəfdən, İran vasitəsilə Hörmüzü və Hüsilərin əliylə Qırmızı dənizi tam nəzarətdə saxlasın. Bu, ABŞ-ın ən böyük geo-siyasi layihəsidir və ABŞ-ın hər barrel neftdən 140 dollara qədər gəlir götürməsinə şərait yaradır...
 
Biz istəsək də, istəməsək də, ABŞ İranı orta dövlət səviyyəsinə qaldırıb. Çünki Avropa İttifaqını SSRİ kimi çökdürmək istəyir. Ukrayna müharibəsi də elə ona bu məqsədə görə lazımdır, Rusiya isə Amerikanın əlində bir alətdir ... 
 
Beləliklə demək olar ki,  V.Putinin Şimal-Cənub dəhlizi üçün əlləşməsi həll olunmuş məsələdir. İran buna çoxdan qoşulub və bu, Azərbaycanın çiçəklənməsi üçün yeganə yoldur və sülh əmin-amanlığın göstəricisidir...
 
O ki qaldı, ermənilərin Putin yolu yaratmaq sevdasına, bu, boş şeydir. Ermənilər  Zəngəzuru “Tramp yolu” etməklə Türkiyənin, Çinin, Qazaxıstanın yolunu bağladılar. Bu səbəbdən həmin ölkələr də Şimal-Cənub  dəhlizi vasitəsi ilə  yüklərini Hind okeanına çıxaracaqlar.
 
Orta Xətt dəhlizinin isə işləməsinə isə Tramp razı olmayacaq. Məqsədi Aİ iqtisadiyyatını dağıtmaqla bu birliyi dağıtmaqdır. Fransa və Almaniyada gedən seçkilərdə “sollar” qalib  gəlsələr, - və gələcəklər də, çünki onları ABŞ maliyyələşdirir, -onda Avropada sərhədlər bərpa olacaq.  Trampa da Aİ-nin dağıdılması lazımdır ki,  Qrenlandiyanı ələ keçirsin və onun təbii sərvətlərindən ABŞ iqtisadiyyatının inkişafına yönəltsin...”