Xalq artisti, diktor Ofeliya Sənani Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında əməliyyat olunub.
 




Bu barədə Teleqraf-a Xalq artistinin qızı Lalə Sənan məlumat verib.
 
"Hazırda səhhəti normaldır", - deyə L.Sənan əlavə edib.
 
Qeyd edək ki, Ofeliya Sənani oktyabrın 5-də əvvəlcə Kliniki Tibbi Mərkəzə yerləşdirilib, həmin gün saat 21 radələrində isə ailəsinin yazılı iltizamnaməsi əsasında digər tibb müəssisəsinə təxliyə olunub.