Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.
 




Moderator.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
 
Bildirilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətlərin və ünvanlı dövlət sosial yardımlarının isə bu ayın 23-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.