Ermənistanda həbsdə olan Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayev saxlanılarkən müqavimət göstərməyib.


Ermənistan mediasının xəbərinə görə, bu barədə müdafiə naziri Suren Papikyan bildirib.








Onun sözlərinə görə, Ermənistanın səlahiyyətli orqanları Azərbaycan hərbçisi tərəfindən sərhədin mümkün keçidi barədə məlumat əldə etdikdə, onun axtarışına başlayıblar.


Ermənistanın müdafiə naziri qeyd edib ki, Nəsimi Musayev saxlanılarkən müqavimət göstərməyib, bu isə onun diversant olmadığının göstəricisidir.


Suren Papikyan əlavə edib ki, hadisə barədə ətraflı məlumat rəsmi araşdırmalar və istintaq hərəkətləri aparıldıqdan sonra veriləcək.