Prezident: "Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib"
08 Oct 2026, 11:32 20 baxış 1 dəq oxuma
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib".
Moderator.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı bildirib.
Siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı qarşılıqlı yüksəksəviyyəli səfərlərin müntəzəm hal aldığını qeyd edib. "İqtisadi-ticari əməkdaşlıq güclənir, qarşılıqlı investisiyalar artır və birgə layihələr həyata keçirilir", - deyə Prezident əlavə edib.