Almaniya kansleri Fridrix Merts və Böyük Britaniyanın Baş naziri Endi Börnhem Berlində ratifikasiya sənədlərini mübadilə edərək Kensinqton müqaviləsini yekun olaraq təsdiqləyiblər.
Moderator.az xəbər verir ki, bu barədə Britaniya Baş nazirinin ofisindən bildirilib.
Qeyd olunub ki, Almaniya və Böyük Britaniya arasında 2025-ci ildə imzalanmış dostluq və əməkdaşlıq haqqında müqavilə oktyabrın 8-də rəsmən qüvvəyə minib. Saziş müdafiə, iqtisadiyyat, kvant texnologiyaları, süni intellekt, eləcə də kosmosun mənimsənilməsi sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur. Bundan əlavə, sənəd məktəbli mübadiləsi proqramları çərçivəsində viza rejiminin sadələşdirilməsini, habelə ölkələr arasında birbaşa dəmir yolu əlaqəsinin inkişafını nəzərdə tutur.
Börnhem və Merts həmçinin hibrid təhdidlərin izlənilməsini və onlara qarşı mübarizəni aktivləşdirmək barədə razılığa gəliblər.
Xatırladaq ki, dostluq və əməkdaşlıq haqqında müqavilə 2025-ci ilin iyulunda Londonun Kensinqton rayonunda imzalanıb və İkinci Dünya müharibəsindən bəri ölkələr arasında ən böyük ikitərəfli sazişə çevrilib.