"2027-ci ildə MDB-yə sədrlik Özbəkistana keçəcək".
 




Moderator.az "Report"a istinadən xəbər verir ki, bu barədə Müstəqil Dövlətlər Birliyinin baş katibi Sergey Lebedev MDB Dövlət Başçıları Şurasının iclasında bildirib.
 
"Elan etmək istərdim ki, 2027-ci ildə Müstəqil Dövlətlər Birliyinə sədrlik Özbəkistana keçəcək", - deyə o qeyd edib.