Xəzər dənizinin səviyyəsinin kəskin düşməsi və ekoloji problemlərinin aradan qaldırılması üzrə yeni yaradılmış Hökumətlərarası Komissiyanın ilk iclası 2027-ci ilin birinci yarısında Azərbaycanda keçiriləcək.
 




Moderator.az xəbər verir ki, bu barədə müvafiq qərar beş Xəzəryanı dövlətin — Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın liderlərinin iştirakı ilə keçirilən Xəzər Ekologiya Sammitində qəbul olunub.
 
Sammit çərçivəsində qəbul edilən razılaşmaya əsasən, yaradılan beştərəfli komissiya Xəzər dənizində suyun səviyyəsinin azalması fəsadlarını qiymətləndirəcək, birgə elmi monitorinqlər aparacaq və dənizin ekoloji balansının qorunması üçün vahid strategiya hazırlayacaq.
 
Azərbaycanda təşkil olunacaq ilk iclasda Xəzəryanı ölkələrin sahəvi nazirlikləri və ekspertləri dənizdəki mövcud vəziyyəti, eləcə də sahil infrastrukturu və dəniz nəqliyyatının adaptasiyası üçün təxirəsalınmaz birgə addımları müzakirə edəcəklər.