Ermənistan Milli Təhlükəsizlik Xidməti üç Azərbaycan vətəndaşının ölkəyə daxil olması ilə bağlı məlumatları təkzib edib.
Moderator.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
“İnformasiya doğru deyil”, - məlumatda deyilib.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistan mediası Mehri bölgəsində Azərbaycandan daxil olduğu iddia edilən üç nəfərin axtarıldığı barədə məlumat yaymışdı.