D-8 təşkilatına üzv olan səkkiz ölkənin hamısı 2006-cı ilin mayında Balidə imzalanmış Preferensial Ticarət Sazişinin (PTA) ratifikasiyasını başa çatdırıb.


Moderator.az D-8-in mətbuat xidmətinə istinadən xəbər verir ki, proses Misirin sazişi ratifikasiya etməsindən sonra başa çatıb.






Təşkilatdan bildirilib ki, bu addım 2030-cu ilədək üzv ölkələr arasında qarşılıqlı ticarət dövriyyəsinin 500 milyard dollara çatdırılması hədəfinə nail olmaq üçün yeni təkan verməlidir.


Misir sənədi 2026-cı il iyunun 16-da ratifikasiya edib, oktyabrda isə ratifikasiya sənədini rəsmi olaraq D-8 Katibliyinə təqdim edib.


Beləliklə, müvafiq prosedurları sazişi ilkin imzalayan bütün səkkiz ölkə - Banqladeş, Misir, İndoneziya, İran, Malayziya, Nigeriya, Pakistan və Türkiyə başa çatdırıb.


Saziş gömrük tariflərinin preferensial azaldılmasını, bazarlara çıxışın yaxşılaşdırılmasını və ticarət prosedurlarının sadələşdirilməsini nəzərdə tutur.