Tramp: "Putin Ermənistan-Azərbaycan münaqişəsini həll etdiyimə inana bilmirdi"
10 Oct 2026, 10:00 23 baxış 1 dəq oxuma
"Azərbaycan və Ermənistan arasında 32 il davam edən münaqişəni 2 günə həll etdim".
Moderator.az Oxu.az-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Nyu-York ştatının Sirakyus şəhərində öz tərəfdarları qarşısında çıxışı zamanı bildirib.
"Prezident Putin buna inana bilmirdi. O mənə dedi ki, 10 il ərzində bu münaqişəni həll etməyə çalışıb, amma buna nail ola bilməyib. Mən isə bunu iki gün ərzində etdim", - deyə Ağ Ev rəhbəri bildirib.