Azərbaycanı fiqurlu konkisürmə üzrə beynəlxalq arışlarda təmsil edən Veronika Jilina Qazaxıstanın Almatı şəhərində keçirilən "Denis Ten Memorial" turnirində çıxış edib.
 




Bu barədə Moderator.az-a Azərbaycan Qış İdman Növləri Federasiyasından bildirilib.
 
İdmançı qısa və sərbəst proqramlar üzrə nümayiş etdirdiyi çıxışların yekununda ümumilikdə 125,68 xal toplayıb.
 
Bu nəticə ilə V.Jilina 19 idmançı arasında 6-cı yeri tutub.