ABŞ-da “İsayas” qasırğası sahilə çatdıqdan sonra zəifləsə də, təhlükə davam edir. Üç ştatda 697 mindən çox elektrik istehlakçısı işıqsız qalıb, on minlərlə insan təxliyə olunub.
Moderator.az CBS News-a istinadla xəbər verir ki, qasırğa Florida ştatının Destin şəhəri yaxınlığında sahilə çatıb. Küləyin sürəti saatda 145 kilometrə, bəzi ərazilərdə isə 180 kilometrə çatıb. Sinoptiklər güclü yağış, daşqın və mümkün tornadolar barədə xəbərdarlıq ediblər.
Florida, Alabama və Corciya ştatlarında fövqəladə vəziyyət elan olunub. ABŞ prezidenti Donald Tramp administrasiyasının qasırğanı yaxından izlədiyini bildirib.
Məlumata görə, “İsayas” mövsümün ilk qasırğası kimi son 121 ilin ən gec yaranan qasırğalarından biri olub.