“Prezident İlham Əliyevin Xəzərin ekoloji problemlərinin həlli ilə baglı səyləri bütün dünya tərəfindən dəstəklənməlidir”.


Bu sözləri Moderator.az-a açıqlamasında millət vəkili Asim Mollazadə bildirib. Millət vəkili qeyd edib ki, ekologiyanin sərhəd tanımadığı unudulmamalıdır:






“Heç kimə sirr deyil ki, ekoligiyanın sərhədi olmur. Bu isə o deməkdir ki, Xəzərin problemləri Xəzərsahili dövlətlərlə yanaşı, digər dövlətləri də eyni dərəcədə maraqlandırmalı, narahat etməlidir.



Bildiyiniz kimi, Prezident İlham Əliyev artıq bir neçə ildir ki, Xəzər dənizinin dayazlaşması ilə bağlı problemi mütəmadi şəkildə gündəımə gətirməkdə, problemin həlli istiqamətində digər dövlətləri, xüsusilə də Xəzər sahilində yerləşən ölkələri həmrəyliyə səsləməkdədir. Dövlət başçısı Türkmənistanda keçirilən Xəzər Ekoloji Sammitindəki çıxışında da bu problemi bir kəs daha dilə gətirdi, konkret faktlara diqqət çəkdi. Prezident bildirdi ki, problemin səbəbi sadəcə iqlim amili deyil. Burada insan faktoru da mühüm rol oynayır.


Dövlət başçısı Xəzərdə yaranan ekoloji problemin öz növbəsində iqtisadi-ticari problemlər doğurduğunu da qeyd etdi. Bütün bunlar onu deməyə əsas verir ki, məlum problemlərin daha da dərinləşməməsi üçün dünya dövlətləri bu məsələdə Azərbaycanla tam bir həmrəylik sərgiləməli, problemin həllinə dəstək verməlidirlər”.


Seymur ƏLİYEV