Sosial şəbəkələrdə Əməkdar artist, tanınmış qarmon ifaçısı Gövhər Rzayevanın restoran açdığı ilə bağlı məlumatlar yayılıb. Deyilənlərə görə sənətkar daha özünü musiqi sahəsində yox, biznes sahəsində sınayacaq.
 




Moderator.az-a açıqlama verən musiqiçi restoran açdığını təsdiqləyib.

“Bəli, xəbərlər doğrudur. Dünən restoranın açılışı oldu. Mən oranı götürüb işlədirəm, həm də orada administratoram. Orada sırf qadın məclisləri düzənlənəcək, kişilər olmayacaq. Bir az kişilərsiz nəfəs alaq da. Bir də görürsən ki, qadınlı-kişili bir yerdə olan toylarda xanımlarımız özlərini rahat hiss etmirlər. Bu rahatlığı onlar üçün mən yaratmışam. O ki, qaldı sənətdən getməyimə.. Sənətdən falan getmirəm. Mən bu sənətlə yaşayıram. Orada həm ifa edəcəm, həm də lazım olarsa, dəvət gələrsə toylarıma gedəcəm”, - deyə sənətkar bildirib.