Atasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Vəlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


Moderator.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.








Hökmə əsasən, təsirləndirilən Ayxan Vəlizadənin ittiham olunduğu Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi 123.1-ci (Zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsinə tövsif edilib. Ona 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.


Xatırladaq ki, hadisə 2025-ci ilin dekabr ayında gecə saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsi "Gülçülük sovxozu" adlanan ərazidə baş verib.


44 yaşlı İftixar Vəlizadənin yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. İftixar Vəlizadənin 19 yaşlı oğlu Ayxan Vəlizadə şübhəli şəxs qismində saxlanıb.