Xalq artisti Zaur Rzayevin səhhəti yenidən pisləşib.


Moderator.az Axşam.az-a istinadən xəbər verir ki, əvvəl müğənni bir neçə gün xəstəxanaya aparılıb.






Z.Rzayevin ailəsi ifaçının bir neçə gün əvvəl reanimasiyaya yerləşdirildiyini bildirib:


"İndi evə buraxılıb. Vəziyyəti ağırdır. Amma həkimlər müalicənin evdə davam etdirilməsini məsləhət görüblər. Hazırda ev şəraitində müalicəsi davam edir".


Qeyd edək ki, Z.Rzayev sentyabrın 5-də xəstəxanaya yerləşdirilib. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozları qoyulub. Sənətçiyə zəruri tibbi xidmətlər göstərilib.