"Trabzonspor"un hücumçusu Məhəmməd Salah sentyabr ayı üçün Türkiyə Superliqasının ən yaxşı futbolçusu seçilib.


Moderator.az xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.






Misirli oyunçu ötən ay meydana çıxdığı 3 matçda 4 qol və 2 assistlə yadda qalıb.


Xatırladaq ki, Məhəmməd Salah cari mövsümün əvvəlində "Trabzonspor"a transfer olunub.