Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.








Moderator.az-ın məlumatına görə, hadisə Tovuz şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.


Hərəkətdə olan VAZ-2106 və “Kia” markalı minik avtomobilləri toqquşub. Qəza zamanı "VAZ" da olan qadın müxtəlif dərəcəli bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 


Faktla bağlı araşdırma başlanılıb.