UEFA Konfrans Liqasında 2026/2027 mövsümünün Liqa mərhələsinə start verilib.
 




Moderator.az xəbər verir ki, oktyabrın 15-də keçirilən I turun bütün 18 qarşılaşması başa çatıb.
 
Türkiyənin “Trabzonspor” klubu Finlandiyada KuPS komandasını 4:2 hesabı ilə məğlub edib.
 
Gecənin diqqətçəkən nəticələrindən biri Xorvatiyada qeydə alınıb. “Hayduk” Niderlandın “Ayaks” klubuna 2:1 hesabı ilə qalib gəlib.
 
İngiltərənin “Brayton” komandası Litvanın “Kauno Jalgiris” klubunu 4:0, Danimarkanın “Kopenhagen” klubu isə Portuqaliyanın “Braqa” komandasını 3:0 hesabı ilə məğlub edib.
 
İtaliyanın “Atalanta” klubu Kiprin “Pafos” komandasına 3:1, Fransanın “Monako” klubu isə səfərdə Bolqarıstanın MOİK (Sofiya) komandasına 2:1 hesabı ilə qalib gəlib.
 
UEFA Konfrans Liqası, I tur – 15 oktyabr
 
“Riqa” – “Kayrat” 1:1
 
“Myallbü” – “İnter Eskaldes” 2:0
 
“Gent” – “Orhus” 1:0
 
“Universitatya Krayova” – “Xetafe” 1:1
 
KuPS – “Trabzonspor” 2:4
 
“Luqano” – “Srvena Zvezda” 3:2
 
“Panatinaikos” – “Borats” 2:1
 
“Eqnatiya” – “Midtyulland” 1:1
 
MOİK (Sofiya) – “Monako” 1:2
 
“Hayduk” – “Ayaks” 2:1
 
“Sint-Tröyden” – “İberiya 1999” 2:0
 
“Brann” – “Linkoln Red İmps” 2:1
 
“Kopenhagen” – “Braqa” 3:0
 
“Brayton” – “Kauno Jalgiris” 4:0
 
“Atalanta” – “Pafos” 3:1
 
“Frayburq” – “Yablonets” 3:2
 
“Harts” – “Nordsyelland” 1:1
 
“Tvente” – “Tun” 1:0