Rusiyanın Koqalım şəhərinin aeroportu ilk dəfə dron təhlükəsinə görə bağlanıb.


Moderator.az xəbər verir ki, Rusiya Federal Hava Nəqliyyatı Agentliyi-Rosaviasiya ilk dəfə olaraq Xantı-Mansi Muxtar Dairəsindəki Koqalım hava limanında məhdudiyyətlər tətbiq olunduğunu açıqlayıb.






Daha əvvəl Xantı-Mansi Muxtar Dairəsinin qubernatoru Ruslan Kuxaruk dron hücumları təhlükəsi məlumat verib.


Qeyd edək ki, Koqalım şəhəri Moskvadan hava yolu ilə 2200 km məsafədə yerləşir.