İran parlamenti Mehrdad Əxlaqi Kitabçini müdafiə naziri vəzifəsinə təsdiqləyib.
Moderator.az xəbər verir ki, bu haqda “Mehr” agentliyi məlumat yayıb.
Qərar bazar günü keçirilən açıq iclasda, onun ixtisas göstəriciləri və təqdim etdiyi iş proqramı nəzərdən keçirildikdən sonra qəbul edilib.
Qeyd edək ki, Kitabçi bu vəzifədə, ABŞ və İsrailin hücumları nəticəsində həlak olmuş general-mayor Əziz Nəsirzadəni əvəz edir.