Gəncədə qətl törətməkdə təqsirləndirilən Alim Quliyevin cinayət işi üzrə məhkəmə başa çatıb.
 




Moderator.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
 
Hökmə əsasən, Alim Quliyev 18 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, hadisə 2025-ci ildə axşam saatlarında Gəncə şəhərinin Atatürk prospektində qeydə alınıb. 30 yaşlı Eyyub Talıbov mübahisə zamanı tanışı, 31 yaşlı Osman Nağıyevi bıçaqlayıb. Daha sonra 29 yaşlı Alim Quliyev Eyyub Talıbova bıçaqla xəsarət yetirib. Hadisədən əvvəl tərəflər arasında mübahisə yaranıb və onlar dost olublar.
 
O, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 29 (cəhd) ,180.2.4 (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə) və 221.3-cü (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) təqsirli bilinib.