"Qalatasaray" UEFA Çempionlar Liqasının III turu çərçivəsində səfərdə Fransanın "Lill" klubunun qonağı olacaq.
Moderator.az "Demirören" agentliyinə istinadən xəbər verir ki, mühüm qarşılaşma ərəfəsində Fransada yaşanan gərginliklər səbəbindən İstanbul təmsilçisi həm nümayəndə heyətinin, həm də azarkeşlərin təhlükəsizliyini təmin etmək məqsədilə UEFA-ya rəsmi müraciət etməyə hazırlaşır.
Fransa səfirliyi və Xarici İşlər Nazirliyi ilə davamlı əlaqədə olan "sarı-qırmızılı" klub matçın keçiriləcəyi məkanın dəyişdirilməsini deyil, sadəcə təhlükəsizlik tədbirlərinin maksimum dərəcədə gücləndirilməsini tələb edir.
Digər tərəfdən, sabah Fransada baş tutacaq PSJ - "Barselona" görüşündə də analoji ehtiyat tədbirlərinin görülməsi gözlənilir.
Qeyd edək ki, "Lill" - "Qalatasaray" oyunu oktyabrın 21-də Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.