"Hicablı qızların ümumtəhsil müəssisələrinə buraxılmaması iddiaları ilə əlaqədar son günlər Azərbaycana qarşı hər cür böhtan atıldı və əsassız tənqidlər səsləndirildi".
Moderator.az xəbər verir ki, bu fikirləri Türkiyənin Milliyyətçi Türkiyə Partiyasının sədri Ahmet Yılmaz özünün sosial şəbəkə hesabında paylaşıb.
O, Azərbaycana qarşı qərəzli fikirlər səsləndirənlərə sərt şəkildə reaksiya verib:
"Əfqanıstanda qızların təhsil alması bütövlükdə qadağan edildi. Lakin kimsə buna etiraz edib bir söz söyləmədi. Sizin bütün fəaliyyətiniz türk düşmənliyinə əsaslanır. Siz yaltaq və ikiüzlüsünüz!"