Türkiyə millisinin yeni baş məşqçisi müəyyənləşib.
Moderator.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının (TFF) İdarə Heyətinin bugünkü iclasında Sergen Yalçının milli komandanın baş məşqçisi təyin olunmasına qərar verilib.
53 yaşlı mütəxəssis və onun məşqçilər heyəti ilə dördillik müqavilə imzalanacaq.
Məşqçilik karyerasına "Beşiktaş"ın aşağı yaş qruplarında başlayan Sergen Yalçın sonradan "Qaziantepspor", "Sivasspor", "Kayserispor", "Eskişeherspor", "Konyaspor", "Alanyaspor", "Yeni Malatyaspor", "Beşiktaş" və "Antalyaspor"da çalışıb.
Mütəxəssis 2020/21 mövsümündə "Beşiktaş"la Türkiyə Superliqasının və ölkə kubokunun qalibi olub. Bununla da o, İstanbul klubunun tarixində həm futbolçu, həm də baş məşqçi kimi Superliqa çempionluğu qazanan ilk və yeganə şəxs olub.