Cəlilabad şəhərində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər xəsarət alıb.
 




Moderator.az xəbər verir ki, qəza şəhərin Qurtuluş prospektində qeydə alınıb.
 
“VAZ-2107” və “VAZ-2106” markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər yaralanıb. Yaralılar tibbi yardım göstərilməsi üçün rayon xəstəxanasına aparılıblar.
 
Faktla bağlı araşdırma aparılır.