Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ağırlaşıb.
 




Bu haqda Moderator.az-a Milli Qəhrəmanın qardaşı oğlu, aktyor Zaur Əliyev məlumat verib:
 
“Əmim, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Ehtiram Əliyevin vəziyyəti hazırda ağırdır. Bildiyinizə görə əmim 1-ci Qarabağ müharibəsinin iştirakçısı olub,  Ağdam, Füzuli, Cəbrayıl, Tərtər rayonlarında əzmlə döyüşüb yaralanmışdır. Buna baxmayaraq özünü toparlayıb, ayağa qalxıb yenidən döyüşə qatılmışdır. İndi də ayağa qalxmasını, ailəsinin başının üstündə olmasını istəyirik. Xalqımızın dadına çatan əmimə indi də xalqın dualarının ehtiyacı var. Çox istərdik ki, əmimin müalicəsini dövlət öz üzərinə götürsün, bütün tibbi imkanların təxirəsalınmadan səfərbər olunması barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilsin”.
 
Zaur Əliyev bildirib ki, əmisi ağır vəziyyətdə “Yeni Klinika”ya yerləşdirilmiş, sonradan vəziyyəti daha da ağırlaşdığından reanimasiya şöbəsinə köçürülmüşdür.