Filippin Hərbi Hava Qüvvələrinə məxsus iki "SF-260" tipli təlim təyyarəsinin Manilanın cənubundakı Batanqas əyalətindəki Fernando Hava Bazasında təlim uçuşu zamanı uğraması dörd hərbi pilotun ölümü ilə nəticələnib.


Moderator.az xəbər verir ki, bu barədə Filippin Ordusu məlumat yayıb. 






Təyyarələr hərbi aviabazanın ərazisində qəzaya uğrayıb, başqa xəsarət alan olmayıb. Yerli medianın məlumatına görə, təyyarələr havada toqquşub, lakin qəzanın səbəbi təsdiqlənməyib.