"Cənubi Qafqaz hətta ən barışmaz düşmənlərin diplomatiya və ticarətin inkişafı vasitəsilə çoxillik münaqişədən münasibətlərin normallaşmasına necə keçid edə biləcəyinə dair bir nümunə oldu".


Moderator.az xəbər verir ki, bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanovun "The Telegraph" qəzeti üçün yazdığı məqaləsində deyilir.






Səfir vurğulayıb ki, İkinci Qarabağ müharibəsindən sonra Bakı və İrəvan arasında birbaşa təmasların ilk nəticələrindən biri 2023-cü ilin sonunda Ermənistanın COP29-un keçirilməsi üçün Azərbaycanın namizədliyini dəstəkləmək qərarı olub. İqlim konfransı bir il sonra Bakıda baş tutub.


Tərəflər, həmçinin sərhədin delimitasiyası qaydasını razılaşdırıb və TRIPP - "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (Trump International Route for Peace and Prosperity) layihəsi çərçivəsində əməkdaşlığı müzakirə edirlər.


"Ölkələrimiz arasında iqtisadi əlaqələr hələ TRIPP üzrə danışıqlar başa çatmamışdan əvvəl fəal şəkildə inkişaf etməyə başlamışdı. Bir il əvvəl Ermənistana tranzit məhdudiyyətlərinin ləğvi barədə qərar qəbul edildi. Ermənistan üçün nəzərdə tutulan yüklər Azərbaycan ərazisindən keçməyə başladı. İki ay sonra Azərbaycan Ermənistana öz istehsalı olan benzinin ilk tədarükünü həyata keçirdi və bu ilin ortalarına qədər Azərbaycandan qonşu ölkəyə uğurla ixrac edilən neft məhsullarının həcmi on minlərlə tona çatdı", - o qeyd edib.


Onun sözlərinə görə, yeni regional tədarük zənciri Ermənistanda daxili yanacaq qiymətlərini 20-30 % azaltmağa imkan verib və ölkənin elektrik enerjisi istehsalı sahəsində Çernobıl tipli yeganə sovet atom elektrik stansiyasından həddindən artıq asılılığının azalmasına kömək edir.



Məqalə ilə bu keçiddən tanış ola bilərsiz: https://www.telegraph.co.uk/news/2026/10/24/six-years-conflict-peace-caucasus-world-peace-possible/