Moderator.az xəbər verir ki, sənətçi layihədə Kazımovanın məşhur "Bir gecəlik" hitini yeni interpretasiyada səsləndirib.
Yaşar Yusub ifasını Azər Cəfərin rejissorluğu ilə süni intellekt texnologiyaları əsasında ekranlaşdırıb. Müğənninin ifa etdiyi mahnının aranjemanı Vüsal Həsənova, mix-masterinqi isə "Toufan Records"a həvalə olunub.
Qeyd edək ki, mahnının musiqisi Əməkdar artist Gövhər Həsənzadəyə, sözləri isə Leyli Erola (İsrafilova) aiddir.