Gürcüstanda keçirilən cüdo üzrə Avropa çempionatı davam edir.


Bu gün Azərbaycan idmançılarından yalnız Hidayət Heydərov mübarizəyə başlayacaq.






O, 73 kq çəki dərəcəsində ilk görüşünü yunanıstanlı Konstantinos Tsaparasa qarşı keçirəcək.


***


Hidayət Heydərov Tsparasa ipponla qalib gəlib.



***


Hidayət Heydərov 1/8 finalda Dardan Çenaya (Kosovo) qalib gəlib və 1/4 finala yüksəlib.//Qafqazinfo