Malayziyanın şərqində baş verən böyük daşqınlar səbəbindən 3 000-dən çox insan müvəqqəti olaraq köçürülüb və xüsusi təxliyə mərkəzlərinə yerləşdirilib.


Moderator.az bu barədə "Bernama"ya istinadən xəbər verir.






2 800 nəfərin təxliyə edildiyi Saravak və Sabah ştatları fəlakətdən ən çox zərər çəkib.


Zərərçəkənlərə kömək etmək üçün bu ərazilərdə təxminən 30 təxliyə mərkəzi yaradılıb.


 


(Oxu.az)